Bu gündən qadın avtobus sürücüləri fəaliyyətə başlayacaqlar.

Metbuat.az-ın məlumatına görə, "Bakubus"un mətbuat xidməti Əsmər Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edilib ki, onlar 3 ay müddətində təlim prosesindən keçiblər.

Sürücü xanımlar Xalidə Səmədova və Rəna Cəfərova 140 və 121E marşrut xətlərində sürücü kimi fəaliyyət göstərəcəklər.

Sevinc İbrahimzadə / Metbuat.az