Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki,Binəqədi rayon ərazisində elektrik cərəyanı vurması nəticəsində həyatını itirən 4 gəncdən biri olan Tərtər şəhər sakini Muradlı Cavidan Tofiq oğlu doğulduğu şəhər məzarlığında dəfn edilib.

Ailəsi C.Muradlınin cənazəsini daşıyan avtomobili "bəy maşını"na bənzər qırmızı lentlə bəzəyib.