ABŞ Venesuelanı özünün 51-ci ştatı etmək istəyir.

Metbuat.az xəbər verir ki, Venesuelanın vitse-prezidenti Delsi Rodrigez belə açıqlama verib. Paytaxt Karakasdakı tədbirdə çıxış edən Rodrigez ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyəti ilə bağlı danışıb. O bildirib ki, ABŞ-nin təhdidinə baxmayaraq, Venesuela müstəqil respublika olmağa davam edəcək. Dövlət televiziyasında çıxış edən Daxili İşlər naziri Diosdado Kabello isə potensial işğal təhlükəsinin qarşısını almaq üçün hazırlıqların həyata keçirildiyini bəyan edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər Latın Amerikasında narkotik kartelləri ilə mübarizə aparmaq üçün imzaladığı sərəncamın icrası ilə bağlı ordunun daha çox və daha effektiv istifadəsini əmr etmişdi.