İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:

"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq. Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq".