ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Alison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb:

"A.Huker dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir".