Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gedəcək.

Metbuat.az bildirir ki, bu barədə dövlət başçısı özü məlumat verib.

Ukrayna prezidenti deyib ki, Ankarada onu vacib görüşlər gözləyir:

“Müharibənin bitməsi ən böyük arzumuzdur. Bütün cəhdlərimiz buna yönəlib. Ancaq Türkiyə səfərimizdə həm də əsirlərin dəyişdirilməsi məsələsini müzakirə edəcəyik. Söhbət insan taleyindən getdiyinə görə bu məsələ bizim üçün çox önəmlidir”.