Biləsuvarda yeniyetmə çaya yıxılaraq boğulub.
Metbuat.az xəbər verir ki, Biləsuvar rayonunun Nərimankənd kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Quluzadə İqbal İlqar oğlu axşam saatlarında körpüdən keçərkən kanala yıxılıb.
Hadisə nəticəsində o, suda boğulub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.