“Hraparak” nəşrinin iddiasında bildirilirdi ki, Ermənistan tezliklə öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək və bunun müqabilində cəmi 25 kvadrat kilometr ərazini alacaq.
Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, nəşr bununla bağlı yeni iddialar yayıb və hansı ərazilərin veriləcəyi ilə bağlı xəritə dərc edib.
Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev arasında sərhədlərin delimitasiyası məsələləri ilə bağlı danışıqlar aparılıb. Tərəflər Ermənistan-Azərbaycan sərhədinin yeni keçidi ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Delimitasiya Komissiyası bu danışıqlarda iştirak etməyib və onun rəhbəri Mher Qriqoryan əldə olunan razılaşmalarda iştirak etmir.