Azərbaycan və Özbəkistanın Baş nazirləri Daşkənddə Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Metbuat.az-a, Nazirlər Kabinetindən verilən məlumata əsasən, Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistanın Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər.

Bildirilib ki, Baş nazirlər barelyefin önünə gül dəstələri qoyublar, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.