Bəzi ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Metbuat.az xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin hesabatında bildirilir.

Qeyd olunur ki, problem barədə məlumat verən istifadəçilərin 58%-i proqramdakı nasazlıqları qeyd edib, 35%-i saytın işindən şikayət edib, 7%-i isə serverlərə qoşulmaqda çətinlik çəkib.

Dünyanın 15-dən çox ölkəsində nasazıqlar qeydə alınıb.