Roma Papası Fransisk xəstələnib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, soyuqlama ilə əlaqədar dekabrın 22-də Papa Fransisk Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.