Türkiyə-Azərbaycan Universitetinin qəbul planı təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Universitetdə dərslər sentyabrda başlayacaq:

"Universitetin harada yerləşməsi ilə bağlı işlər artıq yekunlaşıb. Yaxın günlərdə Universitetin tədris binası haqda məlumat veriləcək".