Ölüm xəbəri yayılan Muradın vəziyyəti haqda TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən Murad Muradovun son vəziyyətini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Murad Muradovun müalicəsinin Reanimasiya şöbəsində davam etdiyi bildirilib: “Mayın 6-sı saat 07:50 radələrində 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilb. Xəstəyə sol orta beyin arteriyasinda işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, 38 yaşlı M.Muradov 5 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib. O, bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. Eyni zamanda gənc yazıçı kimi də tanınır.

Xatırladaq ki, dünən Murad Muradovun ölüm xəbəri yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR