Rusiyanın Krasnodar diyarının Kuban regionunda güclü yağışlar daşqınlara səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, daşqınlar nəticəsində 6 nəfər həlak olub, 2 nəfər itkin düşüb, təxminən 145 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 12-si xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Bunda əlavə daşqınlar avtomobil və dəmir yollarına ziyan vurub.

Milli.Az