Türkiyə silahlı qüvvələri Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinin mövqelərini atəşə tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, artilleriya zərbələri Suriyanın şimalındakı Zor Maqar bölgəsinə endirilib.

Rəsmi Ankara Suriya kürdlərinin özünümüdafiə dəstələrini Türkiyədə fəaliyyəti qadağan edilən PKK ilə əlaqəli olan terrorçu qurumlar kimi tanıyır.

Milli.Az