ABŞ Prezidenti Donald Tramp 26 yanvar 2019-cu ildə Hindistanın Respublika günündə keçiriləcək tədbirlərdə iştirak etməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb.

Məlumata görə, ötən həftə ərzində səsləndirilən bəyanatlarda ABŞ rəsmiləri Trampın regiona qışda gözlənilən səfərinin baş tutmayacağını göstəriblər. Buna səbəb ABŞ-ın sanksiya hədələrinə baxmayaraq Hindistanın İran neftindən imtina etməməsi olub.

Milli.Az