Belarusun Minsk şəhərində iki minik avtomobili toqquşub.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Mazda" və "Volksvagen" minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Səhiyyə nazirliyinin mətbuat katibi Yuliya Borodunun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq olub.
İlkin məlumata əsasən, qəza "Mazda" avtomobilinin hərəkətin qarşə istiqamətinə çıxması səbəbindən baş verib. Qəzayla bağlı araşdırma aparılır.
Milli.Az