Sabirabad rayonunun Moranlı kəndində birmərtəbəli ev yanıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı (tikintisi başa çatmayıb) evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.