Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya sərhəd bölgədə yerləşən ağır silahların olduğu 22 nəzarət məntəqəsini təxliyə etməyə başlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pxenyan və Seul arasında əldə olunmuş razılaşmaya görə, nəzarət məntəqələri bu ilin sonuna qədər dağıdılacaq. Həmçinin sərhəd bölgədəki əlavə qüvvələrin geri çəkilməsi razılaşdırılıb.

Bildirilir ki, tərəflər düşməncə fəaliyyətin tamamilə dayandırılması barədə qərar qəbul edib. Uçuşa qadağan olunmuş sərhəd bölgənin minalardan təmizlənməsi prosesinə də yaxın vaxtlarda başlanılacaq.

Sübhan / METBUAT.az