Məşhur aparıcı Meqin Kellinin proqramında söylədiyi fikirlər qalmaqala səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, NBC kanalının siması "Halloween" bayramına həsr olunan buraxılışda irqçi çıxışlar edib.

TV ulduzu ölkə ərazisində yaşayan zənciləri aşağılayıb, onları təhqir edib.  Bundan sonra sosial şəbəkələrdə Kellinə qarşı etirazlar başlayıb. Kanal rəhbərliyi aparıcı və televiziyaya qarşı aparılan kampaniyaları nəzərə alaraq proqramın yayımını dayandırıb.

Milli.Az