Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü yerli sakin Talıbov Tural Zakir oğlunu avtomobil vurub.

Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.