Samuxda ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Alabaşlı qəsəbəsində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının, dəhlizinin yanar konstruksiyaları 27 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.