Yunanıstan Xarici İşlər Naziriliyinin binası şübhəli paket səbəbi ilə boşaldılıb.

Milli.Az Reuters-ə istinadən xəbər verir ki, paytaxt Afinada nazirlik binasına poçtla göndərilən şübhəli paket səbəbi ilə 70 işçi binadan təxliyə edilib.

Bomba xəbərdarlığından sonra binaya gələn polislərin axtarışı zamanı paketdə partlayıcı cihaza rast gəlinməyib. 

Qeyd edək ki, Yunanıstan Xarici İşlər Naziriliyinin binası Afinada Parlament binasının qarşısında yerləşir.

Təhməz Təkin
Milli.Az