Azərbaycanda tanınmış dindarın içki məclisindən fotosu tənqidə səbəb olub.
Milli.Az unikal.org-a istinadən xəbər verir ki, İçərişəhər "Cümə məscidi" dini icmasının sədri, ilahiyyatçı hacı Surxay Həsənlinin işirak etdiyi məclisdə foto çəkilib.
Fotodan görünür ki, ilahiyyatçının qonaq olduğu stolda spirtli içki var.
Məsələ ilə bağlı hacı Surxayla əlaqə saxladıq. O, sözügedən iddialara cavab verib: "Mənə atılan böhtana cavab verirəm. Biz ailəvi dostumuzun evində olanda bu sulardan istifadə etmişik. Mən 7 yaşından Quran oxuyram. Ömrümdə bir gün də olsun ki içki məclisində oturmamışam. Bunu mən möminlər üçün yazıram ki, sui-zən olmasınlar".
Milli.Az