İordaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində xarici turistlər itkin düşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, mənbələr "Ammon" agentliyinə bildirib ki, bir neçə yerli sakini və turisti sel suları aparıb.
Yerli sakinlərin və turistlərin itkin düşməsi ilə əlaqədar alınan məlumat əsasında axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Qeyd edək ki, ötən gün İordaniyada güclü yağışlar səbəbindən körpü uçub. Məktəbliləri daşıyan avtobus hadisə nəticəsində suya aşıb və 18 əksəriyyəti uşaq olmaqla 18 nəfər həlak olub.
Milli.Az