Su aləminin ən nəhəng canlı məxluqu olan mavi balinalar, dünyanın ən böyük varlığı statusunu göbələklərə təhvil verib. Bildiyiniz kimi mavi balina, təxminən 200 ton ağırlığı və təxminən 30 metr boyu ilə dünyanın ən böyük canlı məxluqu sayılıb. Təkcə ürəyi 600 kiloqram ağırlığında olan bu nəhəng varlıqlar, artıq dünyanın ən böyük varlığı olaraq xatırlanmayacaq. ABŞ-ın ən böyük muzey və araşdırma mərkəzi olaraq adlandırılan Smitsonian İnstitutu tərəfindən aparılan bir araşdırmada, tam 37 hektarlıq (370.000 metr kvadrat) bir göbələk növü kəşf edildi.
Miçiqan göbələyi olaraq adlandırılan bu orqanizmin təxminən 400 ton ağırlığında və 2500 il yaşında olduğu bildirildi. ABŞ alimi Metyu Tob tərəfindən aparılan araşdırmada, Yuxarı Miçiqan yarımadasında yetişən miselium (yeraltında və ya başqa maddələrin içində yetişən göbələk) araşdırıldı və daha əvvəl kəşf edilmiş olan bu orqanizmin dünyanın ən böyük canlı məxluqu ola biləcəyi qənaətinə gəldi. Yeni dövrdə Miçiqan göbələyi ilə əlaqədar araşdırmalar davam edəcək və həqiqətən də dünyanın ən böyük canlı məxluqu olub olmadığına dair dəqiq bir qənaət əldə ediləcək. Lakin hal-hazırda əldə edilən məlumatlara görə, bu orqanizmin böyük ehtimalla dünyanın ən böyük canlısı məxluqu adını alması üçün kifayətdir.
Milli.Az