Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu ölkəsinin Yaxın Şərq münaqişəsiylə bağlı mövqeyini açıqlayıb.
Metbuat.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, O, Fələstindən olan həmkarı Riyad əl-Malikiylə keçirilən birgə mətbuat konfransında bəyan edib ki, Ankaranın Qüds məsələsiylə bağlı mövqeyi dəyişməzdir. Türkiyə hətta bu məsələdə tək qalsa belə, Fələstini dəstəkləməkdən imtina etməyəcək.
Riyad əl-Maliki isə öz növbəsində qeyd edib ki, Fələstin Türkiyənin sayəsində təzyiqlərə davam gətirir. O bildirib ki, Fələstin xalqı azad gələcəyini qurmaq və İsrailin işğalından azad olmaqda isralıdır.
Sübhan / METBUAT.az