Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Amerikapress.com" saytının həbsdə olan rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sultanov 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

Milli.Az