Axtarışda olan şəxs Cəlilabad sakini Belarusda saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb.

F.Quliyev Azərbaycana ekstradisiya edilib.