Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına onun ölkəsinin jurnalist Camal Xaşuqcinin ölümünün təfərrüatları ilə bağlı verdiyi izahatın etimada layiq olmadığını deyib.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu Britaniya baş naziri ofisinin mətbuat katibi bildirib.
"Odur ki, dəqiq nəyin baş verdiyini üzə çıxarmağa kəskin ehtiyac var. O, Səudiyyə Ərəbistanını təkidlə Türkiyə istintaqı ilə əməkdaşlıq etməyə və nəticələrlə bağlı şəffaf olmağa çağırdı. Bütün faktların müəyyən edilməsi vacibdir", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Səudiyyə Ərəbistanı İstanbuldakı konsulluğunun bağçasında və quyuda axtarış aparmağa icazə verib.
Milli.Az