Tovuzda gənc qız dərmandan zəhərlənib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Məşədilər kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynova Türkan Ədalət qızı dozadan artıq psixotrop dərman qəbul edərək zəhərlənib.
T. Hüseynova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az