Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı məşhur rəssam, heykəltəraş, miniatürçü, keramika ustası mərhum Ədalət Bayramoğlu haqqında məqalə yaradılıb.

MEK-dən Milli.Az-a bildiriblər ki, məqalədə Ə.Bayramoğlunun həyatı və yaradıcılığı barədə məlumat verilir.
Məqalə ilə daha ətraflı bu linkdə (https://az.m.wikipedia.org/wiki/Ədalət_Bayramoğlu) tanış olmaq mümkündür.

Məqalə, həmçinin "Şəms" Tərcümə Xidmətləri Mərkəzi tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılaraq türk dilində "Vikipediya"da yerləşdirilib: https://tr.m.wikipedia.org/wiki/Adalet_Bayramoğlu

Milli.Az