Türkiyənin Aydın bölgəsində itinə süni tənəffüs verən şəxs ölümdən dönüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, həkim Çaglar Doğrul küçədə zəhərli sümükləri yeyən itini xilas etmək üçün süni tənəffüs verib. Zəhər güclü olduğu üçün 10 aylıq iti xilas etmək mümkün olmayıb. Zəhərin təsiri Çağların ağzına bulaşıb. Dərhal özünü xəstəxanaya çatdıran həkim ölümdən dönüb.

Hazırda onun müalicəsi davam edir.

Aysel Yaqubqızı / Metbuat.az

Jurnalist, hərbi fotoreportyor Əli Qafarov dünyasını dəyişib