Astara rayonunun Maşğan kəndində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, yerli sakin Təvəkkül Hüseynov Mahir adlı tanışı ilə mübahisə zəminində bıçaqlanıb.

Çoxlu qan itirən T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az