İlk “HTC” blokçeyn smartfonu rəsmən nümayiş olunub
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, blokçeyn şifrləməyə əsaslanan yüksək təhlükəsizliyə malik smartfona “Android” əməliyyat sistemindən tam mühafizə edilən və ondan istifadəyə imkan verməyən kriptoqrafik açarlar quraşdırılıb. İtmə halında açarları aparat həlli vasitəsilə bərpa etmək mümkün olacaq. Həmçinin kənar tərtibatçılar, açarların mühafizəsi üçün aparat həllindən istifadə və tranzaksiyaların imzalanması üçün əlavə proqram interfeysinin (application programming interface - API) buraxılması nəzərdə tutulur.
“HTC Exodus 1” qabaqcıl “HTC U12+” smartfonunun texniki xüsusiyyətlərini özündə birləşdirib. Məsələn, “QHD+” təsvir ölçülü 6 düymlük ekran, iki qoşa kamera, “Qualcomm Snapdragon 845” prosessoru, “IP68” standartı üzrə suyadavamlılıq və sukeçirməzlik, 3500 milliamper/saat tutumlu akkumulyator və “Android Oreo” əməliyyat sistemi.
İlkin satış proqramı çərçivəsində “HTC Exodus 1” smartfonunu 34 ölkədə bitkoin (0,15) və ya “Ethereum” (4,78) kriptovalyutaları ilə əldə etmək mümkün olacaq. Hazırkı məzənnəyə görə smartfonun qiyməti 960 dollar təşkil edir. Tədarüklərə dekabrda başlamaq planlaşdırılır.
Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51