Ermənistanda "Yelk" partiyası baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini yenidən baş nazir vəzifəsinə irəli sürüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, parlamentdə keçiriləcək səsvermə zamanı baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.
Qeyd edək ki, N.Paşinyan erkən seçkilərin keçirilməsi məqsədilə baş nazir vəzifəsindən istefa vermişdi.
Milli.Az