Metroda sevişən cütlüyü 5 illik həbs cəzası gözləyir.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu ilin 14 fevral-sevgililər günündə sərnişinlərin yanında cinsi əlaqədə olan cütlük 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Rusiyada metroda cütlük sərnişinlərin gözü qarşısında əxlaqsızlıq edib. Onları digər sərnişin mobil telefonla kameraya çəkərək sosial şəbəkədə yayıb.

Videodakı cütlüyün kimlikləri müəyyənləşib. Adları açıqlanmayan cütlüyü 5 illik həbs cəzası gözləyir.

Ya da, onlar 8000 dollar ödəmək şərti ilə azadlıqda qala bilərlər. 

Nijeqorod vilayətinin prokuroru bildirib ki, əxlaqsızlıq edənlərin hər ikisi yetişkin insanlardır.

Fuad
Milli.Az