Bakıda metroda qatarların hərəkətində gecikmə olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görəintervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07: 50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Nəticədə digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".

B. Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdu.

Milli.Az