"Game of Thrones" serialında həyat verdiyi "Dağ" ("Mountain") xarakteri ilə məşhurlaşan aktyor Hafsor Julius Björnsson evlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor ötən il restoranlardan birində tanış olduğu sevgilisi Kelsi Henson ilə ailə qurub. 

Maraqlısı budur ki, Hafsonun boyu 2,03 santimetr, çəkisi ilə 190 kiloqramdır. Keli isə ondan 50 santimetr balacadır. Yəni Hensonun boyu 1.53 santimetr, çəkisi 52 kiloqramdır.

Cütlüyü görənlər bir-birinə yaraşdırmasa da, amma onlar birlikdə çox xoşbəxt olduqlarını bildiriblər.

Milli.Az