Kiprdə, Egeydə və Aralıq dənizinin şərqində Türkiyə nəzərə alınmadan atılacaq heç bir addıma icazə verilməyəcək.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
"Egey və Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Respublikasının yer almadığı heç bir layihənin yaşamaq şansı yoxdur. Bunu hər kəs bilməli, təxribatlardan qaçmalıdır", - nazir bildirib.
Milli.Az