Bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi açılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev məlumat verib.

"Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq", - deyə o, qeyd edib.

Gəmiçiliyin rəhbəri həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumun 160 illiyi münasibəti ilə həyata keçirilən "160 il - 160 mənzil" layihəsi çərçivəsində növbədə olan 160 gəmiçiyə mənzillər təqdim ediləcək.

Milli.Az