Nigeriyanın Kaduna ştatında insanlar arsında toqquşmalar baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşmalar zamanı 55 nəfər həlak olub. Daha sonra toqquşmalara polislər müdaxilə edib, 22 nəfər saxlanılıb.

"Agence France-Presse" agentliyi öz növbəsində bildirir ki, toqquşmalara səbəb müsəlman və xristian yükvuranlar arasında baş verən münaqişə olub.

Ölkə prezidenti baş verən toqquşmaları pisləyib: "Prezident Məhəmməd Buxari Kasuvan Maqanidə (Kaduna ştatı) bu yaxınlarda icmalar arasında baş verən toqquşmaları pisləyir".

Milli.Az