İtaliya şəhərlərinin illik reytinqində Milan vətəndaşların tələblərinə daha çox cavab verən ən yaxşı şəhər elan edilib. Bununlada Milan beşinci dəfə bu sıralamada yerini qoruyub saxlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda Florensiya ikinci, Bolonya üçüncü sırada yer alıb.

İtaliyanın cənub şəhərləri sıralamada sonuncu yerlərdə qərarlaşıb.

Milli.Az