Səudiyyə Ərəbistanı dövlət səviyyəsində məşhur jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda öldürüldüyünü etiraf etməsindən sonra bir sıra ölkələr onunla əlaqələrinə yenidən baxır. Ərəb ölkələrinin mövqeyi isə maraq doğurur.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, artıq ərəb dövlətləri Səudiyyə Ərəbistanını dəstəklədiyini bəyan edir.

Fələstin dövlət başçısı Mahmud Abbas: "Kral Salman və şahzadə Məhəmməd bin Salmana tam inanırıq. Fələstin Səudiyyə Ərəbistanının yanındadır və bu mövqeyini davam etdirəcək".

Birləşmiş Ərəb Əmirlikləri: "Səudiyyə Ərəbistanının aşağılayan cəhdlər bunu edənlər üçün qorxunc nəticələr yaradacaq".

Livan baş naziri Saad Həriri: "Səudiyyə Ərəbistanını hədəfə alanlar bölgədə sabitliyə təhdid yaradır və regionu daha pis nöqtəyə sürükləyirlər".

Misir: "Bunun Səudiyyə Ərəbistanına qarşı siyasi məqsədlərlə istifadə edilməsinə qarşıyıq. Səudiyyə Ərəbistanın yanındayıq. Şəffaf araşdırmaya tərəfdarıq".

İordaniya: "Səudiyyə Ərəbistanı bölgədə və dünyada təhlükəsizlik, sabitlik və sülh yaratmaqda, iqtisadi işbirliyi sahəsində lider rolunu oynayır. İordaniya dedi-qodulara qarşı Kral Salmanın yanındadır".

Küveyt: "Qaşıqçı məsələsi ilə əlaqədar Səudiyyə Ərəbistanına istiqamətlənən ittihamlara və həmlələrə qarşıyıq".

Bəhreyn: "Məqsəd həqiqətləri ortaya çıxarmaq deyil, Səudiyyə Ərəbistanına ləkə atmaqdır. Bədənimiz və ruhumuzla Kralın yanındayıq".

Ərəb dünyasında istisna mövqe ifadə edən yeganə ölkə isə Qətər Əmirliyidir.

Qətərin qurduğu Əl-Cəzirə telekanalı Qaşıqçı ilə bağlı hadisədə əsl həqiqətin ortaya çıxması üçün cəhdlər göstərib.

Milli.Az