ABŞ-ın liderliyi ilə qurulmuş anti-İŞİD koalisiyasına məxsus qırıcılar Suriyanın Deyrəzzor şəhərində cümə namazı zamanı məscidə zərbələr endirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə zamanı ölən və yaralanan olub.

Qeyd edək ki, koalisiya qırıcıları çərşənbə günü Suse qəsəbəsində Ammar-Bin Yasir məscidini hədəfə almışdı.

Hava zərbələri nəticəsində 13 mülki insan həyatını itirmişdi.

Milli.Az