Əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalan azyaşlı xilas edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Əməliyyat başa çatıb.​

Milli.Az