Türkiyənin Ərzurum şəhərində marketdə çalışan gənc qız C.T.  sevgi təklifinə "yox" cavabı verdiyi şəxs Murat Yıldırım tərəfindən iş yoldaşlarının gözü önündə bıçaqlanıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, cinayət anı marketin təhlükəsizlik kamerasına anbaan düşüb.

Günorta saatlarında baş verən olayda təqsirləndirilən Murat saxlanılıb. Məlum olub ki, Murat əvvəl eyni marketdə C.T-nın iş yoldaşı olub.

Yaralı qız xəstəxanaya çatdırılaraq xilas edilib.

Məhəmməd Vaqif
Milli.Az