Azərbaycan son illərdə çox inkişaf edib. Burada tibb elmində, xüsusilə kardilogiya sahəsində böyük uğurlar əldə olunub. Sizin xalqınız bununla fəxr edə bilər.
Bu barədə Milli.Az-a açıqlamasında Gürcüstanın tanınmış mütəxəssislərindən biri, N.K.Boxua Memorial Kardiovaskulyar Mərkəzin Kardiologiya Departamentinin rəhbəri, professor Zurab Paqava bildirib.
Onun sözlərinə görə, Azərbaycanda tibbin kardilogiya sahəsi ən güclülərdəndir: "Mən Bakıda əvvəllər hələ Sovet dövründə də olmuşam. Bakıya Kardilogiya İnstitutu aktiv fəaliyyət göstərdiyi vaxtlardan bəri gəlib-gedirdim. Mənim burada çox yaxşı dostlarım vardı və çox sıx və maraqlı əməkdaşlıq edirdik. Biz bu dostluğu indiyədək də qoruyuyuq. Bizim ümumi maraqlarımız vardı. Bakıya sonuncu səfərim isə ürək xəstliklərinə həsr olunmuş beynəlxalq elmi tibbi konfransda iştirakımla bağlı idi. Deyim ki, konfrans çox səmərəli oldu. Hər halda mənim üçün. Çünki mən Azərbaycan səhiyyəsi, kardilogiyası ilə yenidən tanış ola bildim. Deməliyəm ki, həddən çox yüksək səviyyə var. Azərbaycan kardilogiyası regionda ən yaxşılardandır. Ona görə də mən Azərbaycan xalqını təbrik etmək istəyirəm, onlar əmin ola bilərlər ki, onların kardilogiyasi, səhiyyəsi etibarlı əllərdədir".
Gürcüstanlı professor hətta ölkəsində bəzi xəstələrinə Bakıdakı mütəxəssislərə müraciət etməyi tövsiyə edəcəyini deyib: "Mən böyük məmnuniyyətlə Azərbaycanla bu sahədə istər elmi, istər praktik əməkdaşlığımızı davam etdirmək istəyərdim. Burada elə tədiqiqat metodları var ki, onlar Gürcüstanda tətbiq olunmur. Ona görə də mən bəzi pasiyentlərimə mütləq bu tədqiqatlar çərçivəsində Azərbaycana gedib müayinədən keçməyi məsləhət görəcəm".
İlkin İzzət
Milli.Az