Model-aktrisa Hande Subaşı müğənniliyə başlayacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bir neçə gün sonra ilk dəfə səhnə alacaq. O, açıqlamasına bu sözləri deyib:

"Mahnı oxumaqdan zövq alıram. Məni bu mövzuda cəsarətləndirən yaxın dostum Metin Arolat olub".

Hande bu mövsüm yeni bir teatr tamaşasında da rol alacağını qeyd edib.

Milli.Az