Rumıniyada toy mərasimlərində xidmətlərindən istifadə olunan fiziki və hüquqi şəxslərin vergi nəzarəti gücləndirilir. Yeni nəzarət üsulu xüsusilə fotoqraflara, videooperatorlara və restoranlara şamil olunacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rumıniya Milli Vergi İdarəçiliyi Agentliyi toy sahiblərinə mərasimdə iştirak edən firmaların, vətəndaşların və dini mərasimlərin təşkilatçılarının yazılı şəkildə adlarını, firmaların isə adlarını və ünvanlarını təqdim etmək tələbi ilə məktublar göndərib.
Vergi orqanlarının tələblərini pozan cütlüklər 430 avrodan 1000 avroyadək cərimələnəcəklər.
Milli.Az